“Sumqayıt” futbol klubu 2300 manat cərimələnib. Sumqayıt24 bu haqda 18 aprel tarixində xəbər verir.
AFFA İntizam Komitəsi qərar qəbul edib. Premyer Liqanın 30-cu turunda, “Zirə” ilə ev oyununda “Sumqayıt”ın azarkeşləri pirotexniki vasitələrdən istifadə ediblər. Buna görə klub 1500 manat ödəməlidir. Həmçinin matçdan sonra meydana kənar şəxsin daxil olması “Sumqayıt”ı 800 manat ziyana salıb.