"Sumqayıt" yeni braziliyalı legionerlə anlaşıb. Bu haqda 27 iyun tarixində Sumqayıt24 Sport24.az-a istinadən məlumat verir.
"Kimyaçılar" artıq dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Fernando Medeyros ilə danışıqları yekunlaşdırıblar.
28 yaşlı legionerin son klubu Albaniya təmsilçisi "Eqnatiya" olub. Braziliyalı karyerası ərzində vətəni ilə yanaşı, Portuqaliyada da top qovub.