Sumqayıt bulvarında idman tədbiri keçirilib. Sumqayıt24 bu haqda 20 iyul tarixində məlumat verir.
“İdman hamı üçün” layihəsi çərçivəsində baş tutan tədbirdə uşaq, yeniyetmə və gənclər iştirak ediblər. İştirakçılar idman qurğuları vasitəsilə müxtəlif hərəkətləri icra ediblər.
Tədbirin keçirilməsində məqsəd idmanın kütləviliyinə nail olmaq, gənclər arasında sağlam həyat tərzinin təbliğ etməkdir.