Cüdo üzrə Abşeron rayon açıq turniri keçirilib. Sumqayıt24 bu haqda 27 noyabr tarixində xəbər verir.
Sumqayıt Olimpiya İdman Kompleksinin məşqçisi Toğrul Məmmədovun tələbələri Ömər Quliyev (24 kq) və Vüqar Hüseynov (60 kq) 1-ci, Uğur Sadiq (27 kq) 2-ci, Pərvin Fəttahov (50 kq) isə 3-cü yerləri tutublar.
Müəllim Fuad Abbasovun tələbələri Yunusov (30 kq) çempion olub, Uğur Bəkərov (30 kq) isə 2-ci yerə layiq görülüb.
Qeyd edək ki, çempion Ömər Quliyev cəmi bir aydır ki, məşqlərə qoşulub. O, 4 rəqibinə də tam üstünlüklə qalib gəlib.