Cüdoçumuz çempion olub. Sumqayıt24 bu haqda 21 may tarixində Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
İspaniyanın Malaqa şəhərində gənc cüdoçular arasında Avropa kuboku keçirilib. Milli yığma komandanın üzvü, Sumqayıt idmançısı Süleyman Şükürov (81 kq) qızıl medal qazanıb.
Şükürov Əməkdar məşqçi Fərid Ağakişiyevin yetirməsidir.