“Sumqayıt” futbol klubu legioner transferini reallaşdırıb. Bu haqda 12 iyul tarixində Sumqayıt24 Sport24.az-a istinadən məlumat verir.
Söhbət Estoniya yığmasının hücumçusu Erik Sorqadan gedir. 24 yaşlı forvard bu gün axşam saatlarında Bakıya gəlir. Onunla danışıqlar müsbət yekunlaşıb və tərəflər arasında bir illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Erik karyerası ərzində İsveç “Höteborq”unun, Niderland təmsilçisi “Venlo”nun, ABŞ-də “DC United” və “Laudon” kimi klubların şərəfini qoruyub. “Flora”nın yetirməsinin son klubu Plovdiv “Lokomotiv”i olub. Bolqarıstan təmsilçisində 14 oyuna çıxan Estoniya millisinin üzvü 2 qolla yadda qalıb.