“Sumqayıt” FK “Kəpəz”lə qarşılaşmanın qalibi olub. Bu haqda bu gün, 15 iyul tarixində Sumqayıt24 xəbər verir.
“Kapital Bank Arena”nın ehtiyat meydançasında baş tutan yoxlama oyunu 3:2 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Qollar Vüsal İsgəndərli, Elşən Abdullayev və Araz Abdullayev tərəfindən vurulub.
Klubumuz iyulun 16-dan 30-dək Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında iştirak edəcək.