“Sumqayıt” klubu mövsümün son oyununa hazırlaşır. Bu haqda 20 may tarixində Sumqayıt24 xəbər verir.
Misli Premyer Liqasının son turunda “kimyaçılar” doğma meydanında “Qəbələ”ni qəbul edəcəklər. Qarşılaşma mayın 25-də saat 19:00-da Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək.
Matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.