Sumqayıt Olimpiya İdman Kompleksində üzgüçülük üzrə yarış keçirilib. Sumqayıt24 bu haqda 5 dekabr tarixində xəbər verir.
Gənclər və İdman Nazirliyinin “Üzməyi öyrənək” layihəsi çərçivəsində təşkil olunan birinciliyə orta ümumtəhsil məktəblərinin şagirdləri qatılıblar.
Məqsəd uşaqlara üzməyi öyrətmək, onların sağlamlığını təmin etmək, bu idman növünün təbliği və inkişafına nail olmaqdır.