Sumqayıtdan olan yeniyetmə ölkə birincisi olub. Sumqayıt24 bu haqda 4 dekabr tarixində xəbər verir.
Karate üzrə uşaq, yeniyetmə və gənclər arasında 28-ci ölkə birinciliyi, böyüklər və parakarateçilər arasında 31-ci ölkə çempionatı keçirilib. Sumqayıt şəhər 24 nömrəli məktəbinin 9d sinif şagirdi Nuray İbadova bütün rəqiblərini yenərək qızıl medal qazanıb.