"Sumqayıt" - "Neftçi" matçını tribunalardan izləyən azərkeşlərin sayı məlum olub. Bu haqda 5 fevral tarixində Sumqayıt24 xəbər verir.
Azərbaycan Premyer Liqasının XXI turunda keçirilmiş oyun təmirdən yenicə çıxmış Mehdi Hüseynzadə adına şəhər stadionunda təşkil olunub. Qarşılaşmanı izləməyə gələn azərkeşlərin sayı 8100 nəfər təşkil edib.
Qeyd edək ki, oyun “Gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə bitib.