“Sumqayıt” “Qarabağ”ın qələbəsinə biganə qalmayıb. Sumqayıt24 bu haqda 23 fevral tarixində xəbər verir.
“Qarabağ” klubu UEFA Avropa Liqasında mərhələni adlayıb. Ağdam təmsilçisi 1/16 final mərhələsində Portuqaliya “Braga”sı ilə qarşılaşıb. “Köhlən atlar” ümumi hesabda (6:5) qalib gələrək, adını 1/8 finala yazdırıb.
“Kimyaçılar” da Azərbaycan futbolunun tarixi qələbəsinə biganə qalmayıb, “Qarabağ”ı təbrik ediblər.
Xatırladaq ki, “Sumqayıt” növbəti turda ağdamlıların qonağı olacaq.