“Sumqayıt” ikinci pillədəki yerini qoruyub. Sumqayıt24 bu haqda 14 fevral tarixində xəbər verir.
Futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci turunun oyunu keçirilib. Klubumuz "Zirə"nin qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
11-ci dəqiqədə “Sumqayt”dan Rövlan Muradov penaltidən yararlana bilməyib. 42-ci dəqiqədə isə rəqib futbolçu Qismət Alıyev 11 metrlik cərimə zərbəsini qaçırıb.