Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda konsert proqramı olacaq. Sumqayıt24 bu haqda 17 yanvar tarixində Report.az-a istinadən xəbər verir.
“Sumqayıt” fevralın 4-də Premyer Liqanın 21-ci turu çərçivəsində “Neftçi”ni qəbul edəcək. Bu, yenidənqurmadan çıxmış stadionda ilk oyun olacaq. Görüşdən öncə yarımsaatlıq musiqili proqram planlaşdırılıb.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev bildirib:
“İstəyirik ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təmirdən sonrakı ilk matçda azarkeşlərə əsl bayram əhvali-ruhiyyəsi yaşadaq. Konkret necə olacağı, konsert proqramında kimlərin iştirak edəcəyi hələ bəlli deyil. Amma görüşdən əvvəl maraqlı nələrsə etməyi düşünürük”.