Sumqayıt şəhərində "İdman hamı üçün" layihəsi çərçivəsində idman tədbiri keçirilib. Bu haqda 2 avqust tarixində Qubadlı rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər veririk.
Sumqayıt Bulvarında təşkil olunan layihədə bütün yaş kateqoriyalarından olan sakinlər iştirak ediblər. İştirakçılar isinmə, eləcə də müxtəlif idman hərəkətlərini ediblər.
Bu cür idman tədbirinin təşkilində əsas məqsəd əhali arasında bədən tərbiyəsi və idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilindən ibarətdir.