Sumqayıtda “İdman hamı üçün” layihəsi çərçivəsində basketbol üzrə nümunəvi çıxışlar keçirilib. Bu haqda 10 fevral tarixində Sumqayıt24 xəbər verir.
İdman tədbiri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil olunub.
Məqsəd basketbol idman növünün kütləviliyinin təmin edilməsi, uşaqlar və yeniyetmələr arasında dostluq münasibətlərinin möhkəmləndirilməsidir.