"Sumqayıt"ın futbolçusu əməliyyat ediləcək. Sumqayıt24 bu haqda 30 noyabr tarixində xəbər verir.
Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçirilən "Sumqayıt" - "Lerik" matçının 23-cü dəqiqəsində rəqib futbolçunun sərt oyunu nəticəsində Kristian Velinovskinin ayağı sınıb.
Yarımmüdafiəçinin hansı müddətə yaşıl meydanlardan kənarda qalacağı əməliyyatdan sonra dəqiq bilinəcək.
Xatırladaq ki, matç klubumuzun 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
[video width="1920" height="1080" mp4="https://sumqayit24.az/storage/photos/2023/11/videoplayback_1.mp4"][/video]