Sumqayıt Olimpiya İdman Kompleksində taekvondo üzrə nümunəvi ustad çıxışlar keçirilib. Sumqayıt24 bu haqda 18 may tarixində xəbər verir.
Tədbir Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunub. Məqsəd şəhərdə bu idman növünün təbliği, perspektivli taekvondoçuların müəyyən edilməsi, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.