“Sumqayıt”dan ayrılan Terrens Tisdell yeni klubla anlaşıb. Sumqayıt24 bu haqda 31 avqust tarixində Qol.az-a istinadən xəbər verir.
Liberiyalı yarımmüdafiəçi Liviyanın “Əl-Əhli” klubunu seçib. Tisdell və yüksək liqa təmsilçisi arasında bir illik müqaviə imzalanıb.
Qeyd edək ki, Terrens Tisdell ötən mövsümün qış fasiləsində "Sumqayıt" klubuna keçmişdi. O, komandamızda 13 oyuna 1 qol vurub.