“Sumqayıt” Akademiyasının aşağı yaş komandaları üçün antidopinq maarifləndirmə seminarı keçirilib. Bu haqda 5 fevral tarixində Sumqayıt24 xəbər verir.
U-15, U-16, U-17 və U-19 komandaları üçün təşkil olunan seminarda dopinq nəzarəti ilə bağlı əsas mövzular əhatə olunub.
Nümunələrin toplanmasından laboratoriya təhlilinə qədər dopinq nəzarəti prosesinin bütün aspektləri idmançıların diqqətinə çatdırılıb. Həmçinin onlara 11 antidopinq qayda pozuntusu haqqında da ətraflı məlumat verilib.
Sonda idmançıların hüquq və öhdəlikləri ilə bağlı önəmli məlumatlar paylaşılıb.