G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıtda bir sıra idman tədbirləri keçiriləcək. Sumqayıt24 bu haqda 20 fevral tarixində xəbər verir.
Gənclər və İdman Nazirliyi həftənin afişasını açıqlayıb. Cədvəli təqdim edirik:
- Boks üzrə 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında region birinciliyi – 21-25 fevral saat 15:00 (Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM);
- Cüdo üzrə nümunəvi çıxışlar – 22 fevral saat 17:00 (Sumqayıt şəhəri, Mehdi Hüseynzadə adına stadion, cüdo təlim-məşq bazası);
- 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş 2008-2012, 2013-cü il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında stolüstü tennis birinciliyi – 23-24 fevral saat 15:00 (“Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM);
- 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş 2011-2013, 2014-2015-ci il təvəllüdlü oğlanlar və qızlar arasında qılıncoynatma birinciliyi – 24-25 fevral saat 15:00 (Sumqayıt Dövlət Universitetinin III tədris korpusu).