"Sumqayıt"ın sabiq futbolçusu Dmitri Nağıyev klubunu dəyişib. Sumqayıt24 bu haqda 11 iyul tarixində xəbər verir.
Ukrayna "İnqulets"indən ayrılan 28 yaşlı müdafiəçi karyerasını "Obolon"da davam etdirəcək. O, artıq Kiyev təmsilçisi ilə rəsmi müqavilə imzalayıb. Sözləşmənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Dmitri Nağıyev 2021-ci ilin yanvarından 2022-ci ilin yayınadək "Sumqayıt" klubunun formasını geyinib. Futbolçu həm də Azərbaycanın U-21 millisinin də şərəfini qoruyub.