“Sumqayıt” futbol klubunun sabiq idmançısı “Qarabağ”la anlaşıb. Bu haqda 5 yanvar tarixində Sumqayıt24 İqtisadiyyat.az-a istinadən məlumat verir.
“Qarabağ” FK qış transfer pəncərəsində 2018-20-ci illərdə “Sumqayıt”da çıxış etmiş Aleksey İsayevi transfer edib. Ağdam klubuna “Sabah”dan keçən Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.