“Kəpəz” – “Sumqayıt” matçına hakimlər təyin olunublar. Sumqayıt24 bu barədə 4 may tarixində xəbər verir.
Komandalar Premyer Liqanın 33-cü turunda qarşılaşacaq. Oyun aşağıdakı hakimlərə tapşırılıb:
– Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı;
– Asim Xudiyev (hakim-inspektor);
– Asif Əliyev (AFFA nümayəndəsi).
Xatırladaq ki, matç bu gün, 4 may saat 16:30-da Tovuz şəhər stadionunda baş tutacaq. Hazırda “Sumqayıt” 50 xalla ikinci, 34 xalı olan “Kəpəz” isə doqquzuncu pillədə qərarlaşıb.