“Sumqayıt” – “Qəbələ” qarşılaşmasına giriş biletsiz olacaq. Bu haqda 20 may tarixində Sumqayıt24 xəbər verir.
“Kimyaçılar” mövsümün sonuncu və çox vacib oyununa “Açıq qapı” elan edir. Azərbaycan Premyer Liqasının sonuncu 36-cı turu çərçivəsində keçiriləcək matç 25 may saat 19:00-da Mehdi Hüseynzadə adına şəhər stadionunda baş tutacaq.
Hər birinizi mövsümün son matçında komandanı dəstəkləməyə dəvət edirik.