Sumqayıt idmançısı çempion olub. Sumqayıt24 bu haqda 14 fevral tarixində xəbər verir.
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı keçirilir. Yunan-Roma güləşçimiz Murad Məmmədov (63 kq) finalda ukraynalı Oleksandr Xruşini 2:1 hesabı ilə yenərək qitə birincisi adını qazanıb.