“Sumqayıt” klubunun rəqibi müəyyənləşəcək. Sumqayıt24 bu haqda 19 iyun tarixində xəbər verir.
Məlum olduğu kimi, “kimyaçılar” ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcəklər. Klub mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Rəqib komanda İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada bilinəcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.