Qızlardan ibarət “Sumqayıt” voleybol komandası 16 yaşadək (U-16) birincilikdə növbəti oyununa hazırlaşır. Bu haqda 10 fevral tarixində Sumqayıt24 xəbər verir.
Matç fevralın 11-də saat 14:30-da Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq. Voleybolçularımız “Lokomotiv” komandası ilə qarşılaşacaqlar.