“Sumqayıt”ın xanımlardan ibarət komandası qələbə seriyasını davam etdirib. Sumqayıt24 bu haqda 4 dekabr tarixində xəbər verir.
Yüksək Qızlar Liqasında 4-cü turun oyunları keçirilib. "Sumqayıt" klubu səfərdə "İnter Xaçmaz" kollektivi ilə qarşılaşıb. Təmsilçimiz rəqibini 7:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 4 tur ərzində 46 qol vuran futbolçularımız qapılarını toxunulmaz saxlayıblar.
Sumqayıt FK, futbol, Yüksək Qızlar Liqası