Sumqayıtda basketbol üzrə açıq birincilik təşkil olunacaq. Bu haqda 14 fevral tarixində Sumqayıt24 xəbər verir.
Xocalı soyqırımına həsr olunmuş yarış 2011-2012-ci il təvəllüdlü oğlanlar arasında keçiriləcək. Turnir bu gün saat 15:00-da 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində baş tutacaq.