Sumqayıt Olimpiya İdman Kompleksinin yetirmələri "Dəmir Yumruq" adlı üzgüçülük yarışında iştirak ediblər. Bu haqda 8 may tarixində Sumqayıt24 xəbər verir.
Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş turnir Bakı Oksford Məktəbində keçirilib.
Yarışda məşqçilər Əsmər Abdulova və İdris Yusifovun tələbələri Nərmin Ramazanova 2 qızıl, Zeynəb Məmmədova 1 qızıl və 1 bürünc, Sara Qasımlı 1 gümüş və 1 bürünc, Yusif Şəfiyev 1 gümüş, Leyla Həsənli 1 bürünc, Nihad Abdullayev 2 bürünc, Akif Rzayev 1 gümüş medal qazanıblar. Yeniyetmə idmançılar, həmçinin diplomla təltif ediliblər.