Futbol üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin açıq birinciliyi keçirilib. Sumqayıt24 bu haqda 30 dekabr tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Yarış 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub. Burada 2009-2010-cu il təvəllüdlü oğlanlar mübarizə aparıblar.
Nəticədə Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası birinci, Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası ikinci, İOEUGİM-in II komandası isə üçüncü yeri tutub.
Birinciliyin qalib və mükafatçıları diplom və medallarla təltif olunublar.