Sumqayıtın 75 illik yubileyinə həsr olunmuş yunan-Roma güləşi üzrə şəhər birinciliyi baş tutub. Bu haqda 3 fevral tarixində Sumqayıt24 xəbər verir.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarış 33 nömrəli məktəbdə olub. Turnirdə 2009-2010-cu il təvəllüdlü yeniyetmələr iştirak ediblər.
Yarışın qalib və mükafatçıları diplom və medalla təltif olunub, eyni zamanda Quba rayonunda keçiriləcək region birinciliyində iştirak etmək hüququ əldə ediblər.