“Sumqayıt” futbol klubunun “Zirə” ilə keçirəcəyi oyuna hakimlər təyin olunub. Sumqayıt24 bu barədə 19 avqust tarixində AFFA.az-a istinadən xəbər verir.
Premyer liqanın 3-cü turu çərçivəsində baş tutacaq matç adları aşağıda qeyd olunan hakimlər briqadasına həvalə olunub:
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Rahil Ramazanov, Cavid Cəlilov;
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Qeyd edək ki, qarşılaşma 21 avqust saat 20:30-da, “Dalğa Arena” stadionunda baş tutacaq.