top
“Bir də dünyaya gəlsəm, aktyor yox, maşın ustası olardım” – Aktyor Mətləb Səfərli
12 noyabr 2024, 06:40
- ↺ +

“Bir də dünyaya gəlsəm, aktyor yox, maşın ustası olardım” – Aktyor Mətləb Səfərli

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Sumqayit24.az–ın müsahibi aktyor Mətləb Səfərlidir. Onunla müsahibəni təqdim edirik:

- Mətləb bəy, öncə özünüzü təqdim etməyinizi istərdim...

- 1975-ci ildə Sumqayıtda anadan olmuşam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışam. İlk iş yerim Bakı Kamera Teatrı olub. Hazırda Sumqayıt Dövlət Dram Teatrının aktyoruyam.

- Yaşadığınız 49 illik ömrünüzü necə qiymətləndirirsiniz?

- Bütün yaşadıqlarıma rəğmən ömrümü çox xoşbəxt qiymətləndirirəm. Çünki yaşamağı sevirəm. İnsanları, günəşi, işığı sevirəm. Ona görə də bütün ömrümü yaxşı qiymətləndirirəm.

- Aktyorluq sahəsinə necə gəldiniz? Uşaqlıqdan həvəsiniz vardı?

- Aktyorluq sahəsinə sevgim 4-cü sinifdən yaranıb. Bir hind filmi vardı, “Artist”. Bizim uşaqlıq illərimizə təsadüf edirdi. Bu filmə baxdıqdan sonra bu sahəni araşdırmağa, aktyorluq haqqında məlumatlar əldə etməyə başladım. 4-cü sinifdə müəlliməm hansı peşəni seçəcəyimi soruşanda da “aktyor olacam” cavabını vermişdim.

Foto Sumqayıt24

- İllər əvvələ qayıtsaydınız, nələri dəyişərdiniz?

- Hansı yaşıma qayıtsam da, heç nəyi dəyişməzdim. Çünki mənim qismətimə, taleyimə yazılanlar bunlardırsa, əl vurmaq olmaz.

- Bir də bu sahəni seçərdiniz?

- Hər zaman demişəm: bu həyata bir də gəlmək şansım olsa idi, heç vaxt aktyor olmazdım. Bu sahəni bir də seçməzdim. Qəti fikrimdir.

- Aktyorluq deyilsə, bəs hansı sahədə çalışardınız?

- Desəm, bəlkə də təəccüblənəcəksiniz. Bir də dünyaya gəlsəm, maşın ustası olardım. Yəni mənim birmənalı fikrim budur. Maşın ustası olmaq.

- Mətləb bəy, səhnələşdirdiyiniz hansı obraz sizin xarakterinizdən xəbər verir? Yəni hansı obrazda özünüzü tapırsınız?

- Vallah, heç vaxt rol barədə fikirləşməmişəm. Yəni rol seçimi etməmişəm. Hansı rolu veriblərsə, çalışmışam ki, öhdəsindən layiqincə gəlim. Düzünü desəm, indiyə qədər xarakterimə uyğun bir obraz canlandırmamışam.

Foto Sumqayıt24

- Aktyorlarla rejissor arasında qalmaqal olurmu?

- Aktyorla rejissor arasında qalmaqal deməzdim, anlaşılmazlıq olur. Bu da normaldır. Yəni sənətdə fikir mübadiləsi olmalıdır.

- Rejissorların həmişə eyni aktyorlarla işləmək məsələsinə necə baxırsınız?

- Rejissorların eyni aktyorla işləməsi çox normal haldır. Əgər həmin rejissor işlədiyi aktyordan istədiyi nəticəni ala bilirsə, niyə də işləməsin?!

- Maaşlar necə, Mətləb bəy, sizi qane edirmi?

- Maaşlar barədə heç danışmayın. Nəyinki məni, heç kimi qane etmir. Yəni maaşlarımız sıfır dərəcəsindədir. Qane etməkdən söhbət belə gedə bilməz.

- Nə qədər maaş alırsınız?

- Bu qədər işin, əməyin qarşısında cəmi 440 manat maaş alıram.

- İndiki vəziyyətdə dolanmaq üçün əlavə hansısa işdə çalışırsınız?

- Əlbəttə, çalışıram. Yoxsa bu maaşla mən ailə saxlaya bilərəm?! Əlavə seriallara çəkilirəm, toylara dəvət alıram. Aparıcılıq edirəm. Bu cür işlərlə ay ərzində özümü yola verməyə çalışıram.

- Sumqayıt Dram Teatrında nə kimi çatışmazlıqlar var? Nədən narazısınız?

- Sumqayıt Dram Teatrında indiyə qədər çox çatışmazlıqlar olub. Amma yeni təyin olunan direktorumuz Samir Şəfiyev gəldikdən sonra demək olar ki, bir çox narazılıqlar aradan qaldırılır. İnşallah ki, yaxın gələcəkdə hər şey öz yolunu tapacaq.

- Övladlarınızın bu sahəyə gəlməsini istəyərsiniz?

- Çox çətin sahədir. Övladlarımı bu sahədə görmək qətiyyən istəməzdim. İnanmıram ki, onlar bu çətinliyə dözə bilsinlər.

 

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
04 noyabr 2026, 17:45

Sumqayıtlılar tullantı verib ting ala biləcəklər

Bütün xəbərlər
04 noyabr 2026, 17:15

SDU-da hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - REKTOR AÇIQLADI

Bütün xəbərlər
04 noyabr 2026, 16:45

Sumqayıtda küçə problemi: yağış yağanda gölməçə, gecə düşəndə zülmət

Bütün xəbərlər
04 noyabr 2026, 16:43

Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində çalışacaq

Oxşar xəbərlər