top
Ədalət Şükürov: “Xaricdən gələn dostlarım Sumqayıtı kurort şəhəri zənn edirlər” – ÖZƏL MÜSAHİBƏ
22 noyabr 2024, 03:05
- ↺ +

Ədalət Şükürov: “Xaricdən gələn dostlarım Sumqayıtı kurort şəhəri zənn edirlər” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Sumqayıt şəhərinin 75 illik yubileyidir. Bu əslində böyük bir hadisədir. Sumqayıtın təməli 1949-cu ildə qoyulub və bu müddət ərzində böyük bir inkişaf yolu keçib. Şəhər Azərbaycanın sənaye mərkəzlərindən biri olaraq da tanınır. Bu 75 illik tarix boyunca şəhər bir çox yeniliklər və uğurlar əldə edib. Sumqayıt əhali sayına görə Bakıdan sonra Azərbaycanın ən böyük ikinci şəhəridir.

Gənclik şəhəri kimi tanınan Sumqayıtdan bir çox tanınmış, məşhur simalar da çıxıb. Onlardan biri də Əməkdar artist Ədalət Şükürovdur.

Sumqayit24.az-ın əməkdaşı 75 illik yubiley münasibəti ilə onunla həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Ədalət bəy necəsiniz, işləriniz necə gedir?

- Çox şükür, hər şey qaydasındadır. Diqqətiniz üçün təşəkkür edirəm.

- Bildiyiniz kimi bu gün Sumqayıtın 75 illik yubileyidir. Bu münasibətlə sizi təbrik edirik.

- Bu gün bizim doğma gənclik şəhərimizin yubileyidir. 75 yaş belə baxanda az deyil. Bu münasibət ilə bütün sumqayıtlıları səmimi qəlbdən təbrik edirəm, xoş arzularımı hər birinə çatdırıram.

- Sumqayıt ilə bağlı xatirələrinizdən danışmağınızı istərdim. Neçə il Sumqayıtda yaşamışınız?

- 1949-cu ildə bizim şəhərin təməli qoyulanda bura bir çox millətin nümayəndəsi axın edib. Deyərdim ki, keçmiş SSRİ-nin bir sıra bölgələrindən bura köçüb yerləşən olub. Onların sırasında daha çox ziyalılar və mütəxəssislər olub.

Elə mənim valideynlərimi də ali məktəbi bitirdikdən sonra bu şəhərə işləməyə göndəriblər. Anam toxuculuq fabrikində, atam da zavodda çalışırdı. O vaxtdan bu şəhərdə məskunlaşıblar. Mən Sumqayıtda dünyaya göz açmışam. 12 nömrəli məktəbi bitirmişəm. O vaxtı ən yaxşı məktəblərdən biri hesab olunurdu. Mən fəxr edirəm ki, Sumqayıtda doğulmuşam. Hər yerdə də bunu deyirəm. Hər zaman doğma Sumqayıtın adını hallandırıram.

Ayın 26-sı Sumqayıtda böyük tədbir olacaq. Həmin tədbirdə iştirak edəcəyəm. Ayın 27-də isə bir çox xarici dövlətlərdən qonaqlar gələcək. Konsert olacaq.

Doğma şəhərimi tez-tez ziyarət edirəm. Sumqayıtda 17 il yaşamışam. 17 yaşım olanda isə Sankt-Peterburq şəhərində ali məktəbə daxil oldum və Rusiyanın bu şəhərində oxudum. Daha sonra da hərbi xidmətə yollandım.

- Sizcə, Sumqayıtın gənclərinə hansı sahələrdə daha çox dəstək lazımdır?

- Açığı, o vaxt, yəni biz gənc olanda bu qədər şərait, iş yeri, əyləncə mərkəzi və idman zalları yox idi. Gənclərə yollar çox açılıb.

İşləyən adam hər zaman iş tapacaq. Hər axşam Sumqayıtda insanların istirahət etdiyini görə bilərik. Əgər dincəlirsə, demək ki, işləyir, pul qazanır. Arzu edirəm ki, gənclər ancaq öz üzərlərində işləsinlər. Tezliklə 60 yaşım olacaq, lakin öz üzərimdə işləyirəm. Dayanmamaq lazımdır.

- Sumqayıtın mədəniyyət sahəsindəki inkişafları haqqında fikirləriniz necədir?

- Sumqayıtda Dövlət Dram Teatrı var. Bu şəhərdən yaxşı müğənnilər çıxıb. Bununla yanaşı dərnəklər, təhsil müəssisələri və müxtəlif mərkəzlər var. Həmin mərkəzlərdə mütəxəssislər bir çox fəaliyyət sahələrində çalışa bilirlər.

Sumqayıtda həmişə mədəniyyət inkişaf edib. Mədəni şəhər olub. İndiyədək xarici ölkələrdən dostlarım gələndə deyirlər ki, “nə yaxşı şəhərdir”. Təmiz və kurort şəhəri olduğunu zənn edirlər. Doğurdan da balaca və yığcam təmiz şəhərdir. Sumqayıtın insanları başqadır, maraqlıdır. Hər zaman gələndə fərqliliyi hiss edirəm.

- Sumqayıtın gələcəyini necə görürsünüz? Şəhərin daha da inkişafı üçün hansı sahələrə diqqət yetirilməlidir?

- Biz görür ki, Sumqayıt gündən-günə gözəlləşir. Axşam Sumqayıtın başqa bir ləzzəti var. Bulvarı ümumiyyətlə yox idi. Yaşayış kompleksləri tikilir. Demək ki, Sumqayıta tələbat var. Bizim bulvarımızla indiki arasında fərq var. Evimizin təmizliyini biz qorumalıyıq. İnsanlar riayət edirlər. Hər şeyi başa düşürlər. Şəhər əvvəllər bu qədər gözəl deyildi. Restoranlar və əyləncə mərkəzləri varsa, deməli iş yeri var. Hədəf qoyurlar ki, iş yerləri çoxalsın. Obyektlərin açılması iş yerlərinin sayını da artırır.

- Yaradıcılığınızda nə kimi yeniliklər gözlənilir? Sevənlərinizə yeni klip, mahnı təqdim edəcəksiniz?

-  Klip barədə düşünmürəm. Hazırda yeni bir mahnımız var. Bir mahnını yazmışıq, digərini də bitiririk. Solo konsert hələ gözlənilmir. Yalandan demək istəmirəm. Amma yubiley konsertlərində iştirak edəcəyəm.

Nəzrin Vahid

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
04 noyabr 2026, 17:45

Sumqayıtlılar tullantı verib ting ala biləcəklər

Bütün xəbərlər
04 noyabr 2026, 17:15

SDU-da hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - REKTOR AÇIQLADI

Bütün xəbərlər
04 noyabr 2026, 16:45

Sumqayıtda küçə problemi: yağış yağanda gölməçə, gecə düşəndə zülmət

Bütün xəbərlər
04 noyabr 2026, 16:43

Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində çalışacaq

Oxşar xəbərlər