Sumqayıtda kişi özünü 5-ci mərtəbədən atıb. Sumqayıt24 bu haqda 24 aprel tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə 1 saylı şəhər xəstəxanasında olub. 58 yaşlı Fəxrəddin Canıyev nevroloji şöbədə müalicə alırdı. O, hələlik naməlum səbəblərdən sanitar qovşağın pəncərəsindən atılaraq intihar edib.
Fakt araşdırılır.