Sumqayıtda yeniyetmə ölüb. Sumqayıt24 bu haqda 1 aprel tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə dünən, martın 31-də baş verib. 13 yaşlı Ə.R.-in cansız bədəni İnşaatçılar qəsəbəsində yaşadığı evdə tapılıb. Onun yüksək dozalı narkotikdən öldüyü ehtimal olunur.
Baş Prokurorluqdan verilən məlumata görə, ölüm səbəbi müvafiq ekspertizanın rəyindən sonra dəqiq bilinəcək.