A.İbrahimli adına 14 nömrəli məktəbin şagirdi “KİNGS” beynəlxalq olimpiadasında yüksək nəticə göstərib. Bu haqda 12 mart tarixində Sumqayıt24 xəbər verir.
Tədris ocağının 5k sinif şagirdi Nəzrin Həsənli olimpiadada ingilis dili fənni üzrə 1-ci yerə layiq görülüb. Məktəbli diplomla təltif edilib.
Yarışda Azərbaycanla yanaşı, Bolqarıstan, Polşa və Litvadan olan şagirdlər iştirak ediblər. Olimpiada 1-8-ci sinif şagirdləri üçün nəzərdə tutulub.