Sumqayıtda uşaq meydançası yararsız haldadır. Sumqayıt24 bu haqda 18 iyun tarixində xəbər verir.
17-ci mikrorayon sakinləri bildirirlər ki, Sumqayıt Olimpiya İdman Kompleksinin qarşısındakı meydança 15 il öncə qurulub. Buradakı sürüşkən dağılıb-tökülür, yelləncəklərdən isə əsər-əlamət qalmayıb.
“Bir az nəzarətsiz qalan uşaq oradan yıxılır. Sınıq sürüşkəni və digər əyləncə alətlərini düzəltsinlər. Düzəltmirlərsə, uşaqların yıxılmaması üçün birdəfəlik söksünlər”, – deyə şikayətçilər əlavə ediblər.