Bakı–Sumqayıt yolunda ağır qəza olub. Bir nəfər ölüb. Sumqayıt24 bu haqda 17 iyun tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
İdarəetməni itirən “Toyota” markalı avtomobil beton arakəsməyə çarpılıb. Sürücü və 4 sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunublar. 27 yaşlı sərnişin İlqar Quliyevin həyatını xilas etmək mümkün olmayıb.
Cinayət işi açılıb. Araşdırma aparılır.