Sumqayıtda xəstəxana söküləcək. Sumqayıt24 bu haqda 6 mart tarixində xəbər verir.
Söhbət H.Z. Tağıyev qəsəbəsində yerləşən 3 nömrəli şəhər xəstəxanasından gedir. Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında bildirilib ki, bina sökülərək onun yerinə müasir tipli yeni müəssisə tikiləcək. Seçilmiş ərazinin yer quruluşu planı hazırlanıb:
“Səhiyyə Nazirliyinin nümayəndələri ilə birlikdə zəruri məsələlər müzakirə olunub və yerində baxış keçirilib”.