Sumqayıt məktəbliləri ekskursiyaya gediblər. Sumqayıt24 bu haqda 19 aprel tarixində Abşeron – Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Ekskursiya 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə təşkil olunub. 32 nömrəli məktəbin müəllimləri öz şagirdlərini Qobustan Tarixi-Bədii Qoruğu ilə tanış ediblər.