Abşeron–Xızı Regional Təhsil İdarəsində yeni təyinat olub. Bu haqda 30 mart tarixində Sumqayıt24 sözügedən təhsil idarəsinə istinadən məlumat verir.
Təyinata görə, İnzibati təşkilat sektorunun müdiri vəzifəsi Xumarə Kərimovaya həvalə edilib.
Xumarə Kərimova 2017-ci ildə Bakı Dövlət Universitetinin Fizika müəllimliyi ixtisası üzrə bakalavr səviyyəsini, 2019-cu ildə həmin universitetin İstilik fizikası və molekulyar fizika ixtisaslaşması üzrə magistr səviyyəsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə dövlət qulluqçusu kimi başlayan X.Kərimova Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsində təcrübə proqramı keçib.