Sumqayıtda yaşıllığa ziyan vurulub. Sumqayıt24 bu haqda 11 dekabr tarixində xəbər verir.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Nəticədə Sumqayıt şəhərinin Məmməd Araz küçəsində, Qusar rayonunun Kirig kəndində, Qəbələ rayonunun Bum bələdiyyəsinə məxsus torpaq sahəsində, Mingəçevir şəhərinin H. Hüseynov küçəsində, Xırdalan şəhərinin Heydər Əliyev prospektində, Bakı şəhəri, Binəqədi rayonu Goradil kəndində meşə fonduna daxil olmayan ümumilikdə 92 ədəd ağac və kolun qanunsuz kəsilməsinə, bununla da təbiətə 26 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılıb. İşlər istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.