Sumqayıtda kişi itkin düşüb. Sumqayıt24 bu haqda 29 may tarixində xəbər verir.
63 yaşlı Əliabbas Zalovu son dəfə mayın 21-də “Elmar” marketin önündə görüblər. Onun nömrəsinə də həmin gündən zəng çatmır.
Zalovun ailə üzvləri - qardaş və bacısı bildirirlər ki, kişi Sumqayıtda tək yaşayır. Onlar hadisə ilə bağlı polis orqanını da məlumatlandırıblar.
Kişini görənlərdən və ya onun yerini bilənlərdən aşağıdakı nömrələrlə əlaqə saxlamaları xahiş olunur: (070) 628-59-06 (qardaşı Abbasəli); (+90531) 742-78-28 (bacısı Qəmər).
Əliabbas barədə xəbər verən mükafatlandırılacaq.