Sumqayıtda Aprel döyüşləri ilə əlaqədar tədbir keçirilib. Bu haqda 6 aprel tarixində Sumqayıt24 xəbər verir.
Görüş Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Asif Rəsulov gənclərə döyüş xatirələrini danışıb. Vətən müharibəsində iştirak etmiş gənc könüllülər Hüsü Sarıyev və Ramin Məhərrəmov isə çıxışlarında döyüş təəssüratlarını iştirakçılarla paylaşıb.