Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər. Bu haqda 3 aprel tarixində Sumqayıt24 xəbər verir.
Aprel döyüşlərinin 8-ci ildönümü ərəfəsində işçilər şəhidlərin xatirəsini yad ediblər. Onlar məzarların önünə gül dəstələri qoyub və ruhlarına dualar oxuyublar.