Şəhid Murad Məmmədovun anım günüdür. Sumqayıt24 bu haqda 5 aprel tarixində xəbər verir.
Məmmədov 17 aprel 1989-cu ildə Sumqayıtda anadan olub. O, 2016-cı ilin 2 aprel tarixində, Azərbaycan–Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-də isə Sumqayıt Şəhidlər xiyabanında son mənzilə yola salınıb.
Murad Məmmədov göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalına layiq görülüb.