QAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan ehtiyaclı ailələrə və ahıllara ərzaq bağlamaları paylanılıb. Bu haqda 16 mart tarixində Sumqayıt24 Qızıl Aypara Cəmiyyəti (QAC) şəhər bölməsinə istinadən məlumat verir.
Novruz bayramı münasibətilə “Azərsun Holdinq” tərəfindən 9 adda qida məhsulları 100 ehtiyaclı ailə və ahıllara göndərilib.
Bölmənin koordinatoru Mətanət Məhərrəmova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.